32 nəfər şaurmadan ZƏHƏRLƏNDİ
25 avqust 2023 15:36 (UTC +04:00)

32 nəfər şaurmadan ZƏHƏRLƏNDİ

Moskvada 32 nəfər şaurmadan zəhərlənib, onlardan 28-i xəstəxanadadır.

Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, faktla bağlı cinayət işi başlanıb.

“Avqustun 20-dən 24-dək olan müddətdə qida zəhərlənməsi əlamətləri ilə 32 nəfər tibbi yardım üçün müraciət edib. Müəyyən edilib ki, həmin şəxslər Moskvanın şimalında yerləşən fastfud mağazalarından birinin məhsullarını yeyiblər”, - Rospotrebnadzor-dan bildirilib.

Rospotrebnadzor (Rusiyada qida təhlükəsizliyinə nəzarət edən qurum) paytaxtın şimalında yerləşən “Bistro-24” kafesində insanların şaurma və manqalda toyuq əti yedikdən sonra zəhərləndiyinə aydınlıq gətirib. Ekspertlər çoxsaylı qanun pozuntuları aşkar ediblər.

Məlum olub ki, müəssisədə kifayət qədər soyuducu yoxdur və yemək bişirmək üçün mənşəyi bilinməyən məhsullardan istifadə edirlər. Ümumilikdə 180 kiloqramdan çox belə məhsul satışdan çıxarılıb. İşçilərin tibbi kitabçası və tibbi müayinədən keçmək barədə məlumat yoxdur. İdarə kafenin fəaliyyətinə müvəqqəti qadağa qoyub, müəssisə möhürlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1672

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15