Bakıda üç ay əvvəl itkin düşən yeniyetmənin Zaqatala rayonunda tapılması ilə bağlı araşdırma aparılır.
Bunu APA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
E.Hacıyev bildirib ki, 2004-ci il təvəllüdlü Əliyeva Leyla Rauf qızının hansı məqsədlə evdən getməsi və ya qaçırılması ilə bağlı faktın təfərrüatları araşdırılır.
Araşdırmanın nəticəsinə görə qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.
***
12:40
Bakıda üç ay əvvəl yoxa çıxan qız tapılıb.
APA-nın xəbərinə görə, 2004-cü il təvəllüdlü Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbə sakini Əliyeva Leyla Rauf qızı itkin düşdükdən 3 ay sonra tapılıb.
L. Əliyevanın anası Raisə Əliyeva APA-ya bildirib ki, qızı Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Zaqatala rayonunda aşkar edilib.
Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya təsdiq ediblər.
Leyla Əliyevanın anası qızının sonradan tanış olduğu rəfiqəsi vasitəsilə Zaqatala rayonuna aparıldığını və orada tanımadığı yaşlı qadın və kişi ilə birlikdə saxlanıldığını bildirib.
Xatırladaq ki, 2004-cü il təvəllüdlü Əliyeva Leyla Rauf qızı carı ilin mayın 20-də səhər saatlarında Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən evdən çıxıb və bir daha geri qayıtmayıb.