3 avtomobil toqquşdu: Xəsarət alan var - FOTO
17 noyabr 2021 04:31 (UTC +04:00)

3 avtomobil toqquşdu: Xəsarət alan var - FOTO

0

Abşeron rayonunun Xırdalan şəhərində yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, hələlik sürücüsü məlum olmayan şəxs idarə etdiyi “Hyundai” markalı avtomobillə əvvəlcə yol kənarında dayanan “Toyota”, daha sonra “Peguet” markalı nəqliyyat vasitələrinə çırpılıb. Zərbənin gücündən “Toyota” ağaca çırpılıb. Qəza nəticəsində “Hyundai”da olan bir sərnişin xəsarət alıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1462

Oxşar yazılar