28 vətəndaşımız Gürcüstanda karantindədir
24 mart 2020 11:27 (UTC +04:00)

28 vətəndaşımız Gürcüstanda karantindədir


Gürcüstanda Saxere karantin zonasında 28 Azərbaycan vətəndaşı karantində saxlanılır. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə klinikanın direktoru Mixeil Kamuşadze bildirib.

O qeyd edib ki, hazırda karantin zonasında ümumilikdə 62 nəfər saxlanılır ki, onlardan 28-i Azərbaycan vətəndaşıdır. Karantində saxlanılanlardan 6-da koronavirusun tipik sindromları var və onlardan götürülən analizlər artıq laboratoriyaya göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 333
avatar

Oxşar yazılar