Elvin Hüseynli
10 iyul 2021 14:18 (UTC +04:00)

Elvin Hüseynli

26 yaşlı gənc bir həftədir itkin düşüb

Yevlax rayon sakini, 26 yaşlı Elvin Hüseynli itkin düşüb. 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, onunla ailəsi sonuncu dəfə iyul ayının 3-də Bakı şəhərində olarkən əlaqə saxlayıb. Həmin vaxtdan sonra E.Hüsyenlidən heç bir məlumat yoxdur. 

Onun əlamətləri belədir: gözlərinin rəngi qəhvəyi, üzü seyrək tüklü, idmançı bədən quruluşlu, ortaboyludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Yevlax rayon Polis Şöbəsinin 022-33-6-45-02 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1758

Oxşar yazılar