25 yaşlı rayon sakini evdən çıxıb geri qayıtmadı - FOTO
12 avqust 2021 15:20 (UTC +04:00)

25 yaşlı rayon sakini evdən çıxıb geri qayıtmadı - FOTO

Xaçamz sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon sakini 25 yaşlı Hikmət Qəfarov iyun ayının 28-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

H.Qəfarov 170 sm boylu, arıq bədən quruluşludur.

Evdən çıxarkən onun əynində sarı köynək, göy rəngli şalvar və boz rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

İtkin düşən Hikmət Qafarov

İtkin düşən Hikmət Qafarov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2763
avatar

Mehman Nəbiyev

Oxşar yazılar