Toyda rəqs üstündə QAN TÖKÜLDÜ  - YENİLƏNİB
25 oktyabr 2022 12:45 (UTC +04:00)

Toyda rəqs üstündə QAN TÖKÜLDÜ - YENİLƏNİB

Qazaxda baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Qazax şəhərinin Azadlıq küçəsində keçirilən toy məclisində qeydə alınıb. Burada qonaqlar arasında mübahisə baş verib. Toya gələn qonaqlar, şəhər sakini 25 yaşlı Elmar Elşən oğlu Rəfiyev və 20 yaşlı Əli Məmmədov arasında mahnı sifarişi üstündə mübahisə yaranıb.

Mübahisə getdikcə böyüyüb və nəticədə E. Rəfiyev qarnından bıçaqlanıb.

Faktla bağlı polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə hadisəni törədən Ə. Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

***
23.10.2022

Saat: 20:59

Qazaxda 25 yaşlı oğlan bıçaqlanıb.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, rayon sakini 2002-ci il təvəllüdlü Əli Məmmədov həmyerlisi 1997-cu il təvəllüdlü Elşən Rəfiyevi şəxsi münasibətlər zəmnində bıçaqlayıb.

Yaralı xəstəxnaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

DİN rəsmisi qeyd edib ki, Ə.Məmmədov cinayəti törədikdən sonra hadisə yerindən  qaçıb.

Hazırda onun saxlanılması istiqamətində axtarışlar davam edir.

Fuad Nazimoğlu
 

# 5400
avatar

Oxşar yazılar