Bu gün Bakının bu ərazilərdə qaz təminatında fasilə yaranacaq.
Bununla bağlı Lent.az-a "Azəriqaz"dan xəbər verilib.
Bildirilib ki, Sabunçu rayonu, Maştağa və Bilgəh qəsəbələrindəki orta təzyiqli yeraltı qaz kəmərində təmir işlərinin aparılması planlaşdırılır. Bu səbəbdən mayın 14-ü saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bundan əlavə Xətai rayonunun Y.Əliyev küçəsində də qaz təchizatında fasilə yaranacaq.