Bakıda küçədə meyiti tapılan gəncin ölüm səbəbi məlum olub.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonu, Bəhruz Nuriyev küçəsində binalardan birinin qarşısında qeydə alınıb.
Lənkəran rayon sakini 21 yaşlı Yaqub Elnur oğlu Yaqubov küçədə infarktdan dünyasını dəyişib.
Araşdırma apalır.
***
21 yanvar, saat: 17:35
Bakıda gənc oğlan küçədə ölüb.
Lent.az-ın məlumatına görə, hadisə günorta saatlarında Nizami rayonu, 8-ci kilometr qəsəbəsi ərazisində qeydə alınıb.
21 yaşlı Yaqubov Yaqub Elnur oğlu küçədə qəfil dünyasını dəyişib. Meyit yoldan keçənlər tərəfindən aşkarlanıb. Y. Yaqubovun hansı səbəbdən öldüyü bilinmir.
Faktla bağlı araşdırma aparılır.