2 avtomobil toqquşdu, sərnişin xəsarət aldı  
22 noyabr 2021 03:16 (UTC +04:00)

2 avtomobil toqquşdu, sərnişin xəsarət aldı  

0

Bakının Nəsimi rayonunda yol qəzası zamanı sərnişin xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Moskva prospektində qeydə alınıb.

“Toyota” markalı avtomobili idarə edən Murad Ağayev ara məsafəsi saxlamadığına görə ona məxsus nəqliyyat vasitəsi “Hyundai” markalı maşına çırpılıb. Qəza nəticəsində “Toyota”-da olan bir nəfər xəsarət alıb.

Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1820

Oxşar yazılar