18 evdən oğurluq edən keçmiş məhkumlar saxlanıldı - FOTO
19 mart 2020 19:25 (UTC +04:00)

18 evdən oğurluq edən keçmiş məhkumlar saxlanıldı - FOTO

0

 

 

Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Hövsan və Suraxanı qəsəbələrində evlərdən oğurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakinləri Samir Abdullayev və Hüseynağa Bağırov tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı S.Abdullayevin Hövsan qəsəbəsində 10, H.Bağırovun Suraxanıda 8 mənzildən pul, qızıl-zinət, məişət əşyaları, təmir-tikinti alətləri oğurladıqları məlum olub.

Faktla bağlı saxlanılan şəxslər barəsində Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istimtaq tədbirləri davam etdirilir.

Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2007

Oxşar yazılar