Həştərxan həkimləri qızın gözündən 12 santimetrlik qurd çıxarıblar.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, parazit ağcaqanad dişləməsindən sonra gözə girib.
Regional Səhiyyə Nazirliyi bildirib ki, Həştərxanda 17 yaşlı qızın gözündən 12 sm uzunluğunda qurd çıxarılıb. Bundan əvvəl bir müddət ağrıdan əziyyət çəkib.
Qız son iki həftə ərzində özünü pis hiss edib və gözü ağrımağa başlayıb. Bir müddət sonra o, göz qapağının altında bir qurdun böyüdüyünü aşkar edib. Xəstənin dediyinə görə, o, altı ay əvvəl göldə üzüb, ehtimal ki, onu ağcaqanad dişləyib.
Həkimlər təhlükəli heyvanı çıxara biliblər. Qız lokal anesteziya altında əməliyyat olunub.