Azərbaycandan olan gənc miqrant Sankt-Peterburqda tutulub.
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, o, Nevski rayonunda “Burger King”ə gələn kişiyə bıçaqla hücum edib.
38 yaşlı Murmansk sakini ağır vəziyyətdə xəstəxanaya çatdırılıb - miqrant onun döş qəfəsindən bir neçə bıçaq zərbəsi vurub və ürəyinə də zərbələr endirib.
Şübhəli dərhal qaçıb, lakin uzun müddət gizlənə bilməyib - polis onu elə həmin gün Bolşevikov prospektində tapıb.
Araşdırma zamanı məlum olub ki, yeniyetmə miqrasiya orqanlarında qeydiyyatda deyil. İndi o, təcridxanadadır, hüquq-mühafizə orqanlarının əməkdaşları miqrantla zərərçəkmiş arasında münaqişənin səbəblərini araşdırır.