14 yaşlı qız 12 yaşlı oğlandan hamilə qaldı
03 dekabr 2024 14:34 (UTC +04:00)

14 yaşlı qız 12 yaşlı oğlandan hamilə qaldı

Rusiyanın Yekaterinburq şəhərində qaraçı ailəsindən olan 14 yaşlı qız 12 yaşlı ərindən hamilə qalıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, uşaq gözləyən ananın sözlərinə görə, nikah qaraçı adətlərinə uyğun olub və cinsi əlaqə qarşılıqlı razılıq əsasında olub.

Məlumata əsasən, gənc qız artıq doqquz həftəlik olan hamiləliyini qeydiyyata almaq üçün perinatal mərkəzə gəlib.

Qeyd olunur ki, yeniyetmə ana həkimlərin qaraçı adət-ənənələrinə uyğun olaraq ərinin 12 yaşında olması ilə bağlı suallarını cavablandırıb. Bildirilir ki, o, əri ilə uşaq planlaşdırıb, hər şey sevgidən qaynaqlanıb. Bu, onun ilk hamiləliyidir.

Buna baxmayaraq, polis araşdırma apararaq gənc cütlüyün yaşadığı ünvana gedib. Materiallar Rusiya İstintaq Komitəsinə verilib. Onlar vəziyyəti şərh etməkdən imtina ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2097
avatar

Oxşar yazılar