14 yaşlı oğlan dənizdə batdı: meyiti tapılıb
15 avqust 2021 14:00 (UTC +04:00)

14 yaşlı oğlan dənizdə batdı: meyiti tapılıb

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında, dənizdə ("Tağıyev" sularda xilasetmə məntəqəsindən təxminən 4 km aralı, nəzarətsiz ərazi)  batan 2007-ci il təvəllüdlü Əhmədov Nahid Namiq oğlunun axtarışları başa çatıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, N.Əhmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2931
avatar

Oxşar yazılar