13 yaşlı yeniyetməni maşın vurdu
12 noyabr 2021 22:26 (UTC +04:00)

13 yaşlı yeniyetməni maşın vurdu

0

Axşam saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun 1-ci kilometrliyində rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində bir nəfərin vurulması ilə nəticələnən yol qəzası baş verib. 

APA-nın şimal-qərb bürosunun məlumatına görə, 2008-ci il təvəllüdlü rayonun Yuxarı Tala kənd sakini Qurban Vüqar oğlu Beydullayev “Mersedes” markalı minik avtomobili tərəfindən vurulub. 

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Q.Beydullayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. 
Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1890

Oxşar yazılar