13 yaşlı uşağın üzərinə ağır əşya düşdü: daxili orqanları...
28 aprel 2021 22:02 (UTC +04:00)

13 yaşlı uşağın üzərinə ağır əşya düşdü: daxili orqanları...

Sabirabadda 13 yaşlı uşağın üzərinə ağır əşya düşərək ona xəsarət yetirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Qaralar kəndində qeydə alınıb. 

Həmin kəndin sakini, 2008-ci il təvəllüdlü Cəfərov Nuhin Səyyub oğlunun üzərinə ağır əşyanın aşması nəticəsində daxili orqanı zədələnib. Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan yeniyetmə qara ciyərin ciddi zədəsi diaqnozu ilə əməliyyata götürülüb. Reanimasiya şöbəsinə yerləşdirilən yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2796
avatar

Oxşar yazılar