Türkiyədə yeniyetmə qız liftin şaxtasına düşərək ölüb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə paytaxt Ankaranın Sincan qəsəbəsində baş verib. 13 yaşlı Beren Su Bolat ailəsi ilə qonaq getdiyi binada dostu ilə liftə minib. Bu zaman lift 5-6-cı mərtəbələr arasında dayanıb. Qonşular və qohumlar uşaqları qurtara bilmədikləri üçün polis və xilasedicilərə məlumat verilib.
Hadisə yerinə gələn xilasedicilər uşaqlardan birini qurtarsa da, Beren Su Bolat naməlum səbəblə liftin şaxtasına düşüb. Nəticədə o, aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi açılıb.