DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə 1993-cü il təvəllüdlü Elnurə Əlimardanova,1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və 1992-ci il təvəllüdlü Elnur Əlimərdanovun bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti Sumqayıt şəhər sakini 1989-cu il təvəllüdlü Babək Nəsirovun törətməsi məlum olub. Hazırda şübhəli şəxsin istintaqa təhvil verilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
***
21.42
Gəncədə bir ailənin 3 üzvünün bıçaqlanmasını təfərruatları məlum olub.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, həmin şəxsləri Elnurə Əlimərdanovun keçmiş həyat yoldaşı yaşadıqları evdə bıçaqlayıb.
Hadisə Əlimərdanovlar ailəsinin yaşadığı Atatürk prospektində yerləşən evdə qeydə alınıb. Onun saxlanılması istiqamətində axtarışlara başlanıb.
***
21.32
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, 1993-cü il təvəllüdlü Elnurə Əlimardanova, 1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və 1992-ci il təvəllüdlü Elnur Əlimərdanov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Hər üç zərərçəkənin yaraları tikilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumta görə bıçaqlanan şəxslər bir ailənin üzvüləridir. Hadisəsin səbəbi məlum deyil.