Sabah İranda tutulan şairlərimizin məhkəməsidir
06 avqust 2012 14:18 (UTC +04:00)

Sabah İranda tutulan şairlərimizin məhkəməsidir

Avqustun 7-də Təbriz şəhər məhkəməsində azərbaycanlı şairlər Şəhriyar Hacızadə və Fərid Hüseynin məhkəmə prosesi keçiriləcək. Lent.az-ın məlumatına görə, iyulun 27-də Azərbaycanın Təbrizdəki konsulluğunun əməkdaşı, bir gün sonra isə ailə üzvləri həbsdə olan şairlərlə görüşüb. Məhkəmə ilə bağlı həmin görüşdə məlumat əldə edilib.

Xatırladaq ki, Azərbaycan jurnalistləri İranda həbs olunan azərbaycanlı gənc şairlər Fərid Hüseyn və Şəhriyar Del Gerani (Hacızadə) barədə ətraflı məlumat almaq üçün İrana getmək niyyətində idilər. Səfər Lent.az-ın təşəbbüsü ilə həyata keçiriləcəkdi. Lent.az-dan Səbuhi Məmmədli, APA-dan Ramil Məmmədli, “Salamnews”dan Fərdin İsazadə, “Yeni Müsavat”dan Fərahim İlqaroğlu, “Mərkəz.az” saytından Mahir Məmmədov, habelə müstəqil jurnalist Cəmil Məmmədlidən ibarət jurnalist heyəti İrana getmək üçün səfirliyə müraciət etmişdilər.

Amma çox təəssüflər olsun ki, İran tərəfi viza verilməsini yubadır, ya da ümumiyyətlə, vermək istəmir.

Dünən yenidən İranın Azərbaycandakı səfirliyi ilə əlaqə saxladıq. Səfirliyin əməkdaşı növbəti dəfə bildirdi ki, jurnalistlərin viza almaq üçün doldurduğu forma tərcümə edilərək Tehrana göndərilib, ordan isə hələ cavab yoxdur...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446

Oxşar yazılar