Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib
Baş Prokurorluqda prokurorluq orqanları tərəfindən 2012-ci ilin birinci yarım ilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əməliyyat müşavirəsində baş prokuror Zakir Qaralov məruzə ilə çıxış edib.
Bildirib ki, 2012-ci ilin birinci yarısında prokurorluğun digər hüquq mühafizə, ilk növbədə isə Daxili İşlər və Milli Təhlükəsizlik orqanları ilə əlaqəli birgə fəaliyyətinin nəticəsi olaraq kriminogen stabilliyə nail olunub və cinayətkarlığın dinamikasında mənfi təzahürlərin qarşısı alınıb. Belə ki, əvvəlki hesabat dövrü ilə müqayisədə respublika üzrə qeydə alınmış ümumi və az ağır, o cümlədən qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd və zorlama, quldurluq, soyğunçuluq və oğurluq, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb, banditizm və cinayətkar birlik yaratma, adamları girov götürmə kimi cinayətlər ümumiyyətlə qeydə alınmayıb, törədilmiş 11953 cinayətin 87,0 faizinin açılması təmin edilib. Məqsədyönlü istintaq-əməliyyat tədbirlərinin nəticəsi olaraq, əvvəlki illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir çox ağır və xüsusilə ağır cinayətlərin açılması, çoxsaylı cinayətkar dəstələrin zərərsizləşdirilməsi təmin olunub.
2012-ci ilin birinci yarım ilinin yekunlarına görə və əvvəlki illərdən bağlı qalmış bütün cinayətlər üzrə istintaq və əməliyyat-axtarış tədbirlərinin intensivliyinin artırılması və cəzanın labüdlüyü prinsipinin təmin olunması, o cümlədən, qəsdən adam öldürmə hadisələri ilə əlaqədar Sumqayıt şəhəri üzrə 2, Mingəçevir şəhəri, Balakən, Xızı, Bakı şəhərinin Suraxanı və Xətai rayonlarının hər birində 1 belə bağlı cinayətin açılması üçün bütün imkanlardan istifadə olunması barədə tapşırıqlar verilib.

474