Əliməmməd Nuriyev Cabbar Savalanlı ilə görüşüb
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsi və Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitə “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında dövlət başçısının 26.05.2011-ci il tarixli Sərəncamının icrası barədə” Ədliyyə Nazirliyinin Kollegiyasının 31.05.2011-ci il tarixli qərarının 2-ci bəndinin icrası ilə bağlı cəzaçəkmə müəssisələrində təlimlər keçirir.
Komitədən Lent.az-a verilən məlumata görə, məhkumların maarifləndirilməsi və məlumatlandırılması məqsədilə komitə koordinatoru Əliməmməd Nuriyev və üzvləri Çingiz Qənizadə, Sahib Məmmədov, Nazir Quliyev, Şahin Camalov əfv institutunun qanunvericiliklə tənzimlənməsi, tətbiqi, icrası və hüquqi nəticələri, əfvetmə haqqında qanunvericiliyin əsas müddəaları, əfvetmənin əcnəbi məhkumlara şamil edilməsi, əfv institutu ilə bağlı humanist addımının mahiyyəti və əhəmiyyəti ilə bağlı mövzularda treninqlər keçiriblər.
İK koordinataru 10 saylı müəssisədə aparılan təmir-tikinti işləri ilə tanış olub. Eyni zamanda Ə.Nuriyev burada cəza çəkən məhkum Cabbar Savalanlı ilə görüşüb. C.Savalanlı saxlama şəraitindən heç bir şikayətinin olmadığını, pis rəftar halları ilə üzləşmədiyini, hər hansı problem olmadığını bildirib.

560