Bakıda qanunsuz evlərin söküntüsü zamanı qarşıdurma: bir neçə nəfər yaralanıb
Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib.
Hadisə bu gün rayonun Sulutəpə qəsəbəsi ərazisində qeydə alınıb. Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus ərazilərdə inşa olunan qanunsuz tikililərin söküntüsü zamanı yerli əhali ilə ARDNŞ əməkdaşları arasında qarşıdurma baş verib. Nəticədə dava düşüb və bir neçə nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Hazırda qarşıdurmanın qarşısını almaq məqsədilə tədbirlər görülür.
Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından isə APA-ya bildirilib ki, hadisə zamanı ağır xəsarət alan bir nəfər təcilli tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

984