5-ci dəfə məhkum olunan 31 yaşlı oğlan özünü həbsxanada öldürdü
09 sentyabr 2011 10:14 (UTC +04:00)

5-ci dəfə məhkum olunan 31 yaşlı oğlan özünü həbsxanada öldürdü

Sentyabrın 9-da saat 04 radələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində intihar hadisəsi baş verib.


Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Binəqədi rayonu ərazisindəki 11 saylı Cəzaçəkmə Müəssisəsində 1980-ci il təvəllüdlü Şabanov Nurlan Şıxəli oğlu özünü öldürüb. O, müəssisənin tibb məntəqəsindəki pəncərənin dəmirindən ip keçirərək özünü asıb.


Qeyd edək ki, 31 yaşı olmasına baxmayaraq N.Şabanov 5-ci dəfə məhkumluq həyatı yaşayırmış. Sonuncu dəfə Suraxanı rayon Məhkəməsi tərəfindən 2 il 3 ay müddətə azadlıqdan məhrum edilən N.Şabanov iyulun 28-də 11 saylı Cəzaçəkmə Müəssisəsinə gətirilibmiş.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 425

Oxşar yazılar