Bakıda 17 yaşlı gənc qətlə yetirilib
09 sentyabr 2011 10:00 (UTC +04:00)

Bakıda 17 yaşlı gənc qətlə yetirilib

Nəsimi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, saat 18 radələrində Hüseynbala Əliyev küçəsində 2 saylı binanın qarşısında 1994-cü il təvəllüdlü Əhədov Ruslan Bilal oğlu bıçaqlanıb.

İlkin araşdırmadan sonra onun 1995-ci il təvəllüdlü Yusif Abbasov tərəfindən bıçaqlandığı bəlli olub. R.Əhədov 6 saylı Təcili Tibbi Yardım Stansiyasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 417

Oxşar yazılar