Ermənilər əsgərimizi ağır yaralayıblar
08 sentyabr 2011 16:52 (UTC +04:00)

Ermənilər əsgərimizi ağır yaralayıblar

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə bu gün cəbhənin Tərtər istiqamətində qeydə alınıb.

Ordumuzun əsgəri, 1992-ci il təvəllüdlü Telman Əlişah oğlu Seyfullayev düşmən gülləsinə tuş gəlib. Nəticədə sol budundan güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Qeyd edək ki, T. Seyfullayev 2010-cu ilin iyulunda Şabran Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 398

Oxşar yazılar