“Turizmin inkişafı sahəsində gənclərin rolunun artırılması”
08 sentyabr 2011 19:31 (UTC +04:00)

“Turizmin inkişafı sahəsində gənclərin rolunun artırılması”

Birliyin Təşkilat Komitəsindən Lent.az-a verilən məlumata görə, layihənin məqsədi gənclərin biznes biliklərinin artırılması və sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsidir. Gənclər layihədə iştirak etməklə, turizm sahəsində biznes plan hazırlamağı, sahibkarlıq fəaliyyətinə başlamağı və idarəçiliyin əsaslarını öyrənəcəklər. Layihənin təlimçi tərəfdaşı “IB Training Alliance” təlim-məşq mərkəzidir.

Təlim-məşqlər interaktiv üsulla keçiriləcək və nəzəri biliklərlə bərabər praktik məlumatlarla da təmin ediləcək. Layihə çərçivəsində 2 təlim kursunun keçirilməsi planlaşdırılır və hər təlimdə 25 gəncin iştirakı nəzərdə tutulub. İştirakçılar “Turizm nədir?”, “Turizm biznesinin dövlət iqtisadiyyatında rolu?”, “Biznes plan nədir və nə üçün lazımdır?” kimi suallara cavab tapacaqlar. Layihənin yekununda təlim iştirakçıları turizm sektoruna aid müxtəlif biznes planlar hazırlayacaqlar.

“Turizmin inkişafı sahəsində gənclərin rolunun artırılması” layihəsinin birinci təlim kursu sentyabrın 9-da başlayacaq və 10 gün davam edəcək.

Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656

Oxşar yazılar