“Daewoo” “Ural”a çırpıldı: 5 yaralı
Bakı istiqamətində hərəkət edən “Daewoo” markalı avtomaşın eyni istiqamətdə hərəkət edən qoşqulu “Ural” markalı yük maşınına çırpılıb. Qəza nəticəsində 5 nəfər ağır bədən xəsarəti alıb. Xəsarət alanlar 2004-cü il təvəllüdlü Aişən Balametov, 2009-cu il təvəllüdlü Alya Balametova, 1964-cü təvəllüdlü Vahid Bayramov, 1976-cı il təvəllüdlü Versec Balametov və Rafiq Balametovdur. Xəsarət alanlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onların vəziyyəti orta ağırdır.
Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Arzu Əliyev Lent.az-a bildirib ki, ilkin araşdırmalara əsasən qəzanın “Daewoo”nun sürücüsünün sürət həddini aşması və düzgün manevr etməməsi səbəbindən baş verdiyi güman edilir.
Faktla bağlı avtotexniki və tibbi ekspertiza təyin edilib.
Vəli Turan

819