Rusiyada nurçuluğu təbliğ edən Azərbaycan vətəndaşına iş verildi
08 sentyabr 2011 14:16 (UTC +04:00)

Rusiyada nurçuluğu təbliğ edən Azərbaycan vətəndaşına iş verildi

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Baş Prokurorluğunun rəsmi saytında məlumat yerləşdirilib.

Qeyd edək ki, istintaq zamanı məlum olub ki, Rəşid Abdulovu Rusiyaya Türkiyədə yerləşən “Camaat Risale-i Nur” Mərkəzinin rəhbərliyi göndərib. Söhbət nurçulardan gedir. Rəşid Abdulovun qarşısına Ulyanovskda bu dini təriqətin regional şəbəkəsini yaratmaq məqsədi qoyulub. Rəşid Abdulov bu işə Ulyanovsk məscidinin 33 yaşlı imamı İlham Xisanutdinov və Ulyanovsk ali məktəblərinin birinin sənaye və mülki tikintilər fakültəsinin 24 yaşlı tələbəsi Ayrat Axtyamovu cəlb edib. Bu şəxslər əhali arasında anti-Rusiya və anti-Konstitusiya təbliğatı aparıb, insanları nurçular cərəyanına cəlb etməyə çalışıblar.

2011-ci ilin yanvarına qədər onlar cəlb etdikləri gənclərə bir mənzildə ədəbiyyat öyrədiblər. Gənclərə Səid Nursinin ideoloji baxışları təlqin olunub. Həmin ədəbiyyatlarda əhalinin kütləvi islamlaşdırılması, Rusiyanın dövlət quruluşunun dəyişdirilməsi və Böyük Xilafətin yaradılmasına çağırışlar yer alıb. Rəşid Abdulov saxlanılıb. Ayrat Axtyamov və məscidin imamı İlham Xisanutdinov haqqında isə federal axtarış elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 415

Oxşar yazılar