Gürcüstanda azərbaycanlı məhkuma işgəncə verilib
“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Gürcüstan Respublikasının Cəzaların İcrası və Hüquqi Yardım Nazirliyinə müraciət edib.
“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyindən APA-ya verilən məlumata görə, Gürcüstan Respublikasının Kutaisi şəhərində yerləşən 2 saylı İslah Əmək Müəssisəsində cəza çəkən Əhməd Əbilov adı çəkilən müəssisənin əməkdaşları tərəfindən işgəncəyə məruz qalması ilə bağlı Gürcüstan Ombudsmanına müraciət edib.
Müraciətdə qeyd olunur ki, iki nəfər müəssisə nəzarətçisi ona fiziki və mənəvi işgəncələr verib, nəticədə məhkumun səhhətində yaranan narahatlıqlara görə ehtiyacı olduğu tibbi yardım da göstərilməyib. Gürcüstan Respublikası Ombudsmanı nümayəndələri müəssisəyə baş çəkib, məhkum Ə. Əbilovun müraciətdə göstərdiyi faktları, məhkumun bədənində işgəncə izlərini aşkar edib, məhkum yoldaşları isə bu faktı təsdiq ediblər. Ombudsman Qiorqi Tuquşi Gürcüstan Prokurorluğuna məhkum Ə. Əbilova bədən xəsarətlərinin yetirilməsi ilə bağlı tədqiqat başlanılması, məhkəmə tibbi ekspertizasının keçirilməsi tövsiyəsi ilə müraciət edib. Budan başqa, Ombudsman Ə. Əbilovun müraciətində şikayət etdiyinə görə yenidən işgəncələrə məruz qala biləcəyini nəzərə alaraq başqa müəssisəyə keçirilməsi xahişinin təmin olunması üçün Gürcüstan Penitensiar Departamentinə müraciət yollayıb.
“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi soydaşımız Ə. Əbilovun qeyri-insani rəftara məruz qalmasından və onun hazırkı durumundan narahatlığını ifadə edib: “Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır - bu qadağa bir sıra beynəlxalq konvensiyaların tələbidir və işgəncə cinayətini törətmiş şəxslər cəzasız qalmamalıdır”.
“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Gürcüstan Respublikasının Cəzaların İcrası və Hüquqi Yardım Nazirliyinə müraciətində məhkum Ə. Əbilovun hazırkı durumunun öyrənilməsi məqsədilə onun saxlanıldığı müəssisədə monitorinq aparılmasına şərait yaradılmasını, həmçinin Gürcüstan Respublikası Baş Prokurorluğuna faktla bağlı aparılan istintaqın nəticəsi haqda məlumat verilməsi xahiş edib.

666