Ermənistan ordusu cəbhəboyu atəşkəsi pozub
08 sentyabr 2011 10:41 (UTC +04:00)

Ermənistan ordusu cəbhəboyu atəşkəsi pozub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 7-də saat 13.30-dan 13.50-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 13.35-dən 13.40-dək və 18.20-dən 18.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 10.30-dan 10.40-dək və sentyabrın 8-də saat 05.25-dən 05.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 04.55-dən 05.15-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05.05-dən 05.25-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05.00-dan 05.10-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.


Düşmən cavab atəşi ilə susdurulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 390

Oxşar yazılar