Atəşkəs bir neçə istiqamətdə pozulub
07 sentyabr 2011 10:12 (UTC +04:00)

Atəşkəs bir neçə istiqamətdə pozulub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, düşmən qüvvələri sentyabrın 6-da saat 16.00-dan 16.15-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi, saat 21.30-dan 21.40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 21.40-dan 21.50-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19.20-dən 19.30-dək, 23.20-dən 23.40-dək, 23.45-dən 00.00-dək və sentyabrın 7-də saat 00.05-dən 00.30-dək Ağdam rayonunun Cəvahirli, Qaraqaşlı və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426

Oxşar yazılar