Bakıda kürəkən qayınatasını qəddarlıqla öldürdü
07 sentyabr 2011 09:56 (UTC +04:00)

Bakıda kürəkən qayınatasını qəddarlıqla öldürdü

Sentyabrın 7-nə keçən gecə Bakıda qətl hadisəsi baş verib. Xətai rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, M.Davud küçəsində yaşayan 1976-cı il təvəllüdlü Qurbanov Vüqar Sabir oğlu qayınatası, 1961-ci ildə anadan olmuş Cəgərov Fariz Azad oğlunu öldürüb.

O, bir yerə yaşadığı qayınatasının ürəyinə kəsici alətlə zərbələr endirib. 50 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla əlaqədar cinayət işi başlanılıb. Qətlin səbəbi və motivi hələlik bəlli deyil.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 481

Oxşar yazılar