Yol polisi Hacıqabuldakı qəza ilə bağlı məlumat yayıb
06 sentyabr 2011 14:57 (UTC +04:00)

Yol polisi Hacıqabuldakı qəza ilə bağlı məlumat yayıb

0
İdarənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, saat 16.15 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Hacıqabul rayonu ərazisindən keçən 143-cü km-də Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Rəhimov Əmiraslan Qasım oğlunun Qazax rayonu istiqamətində idarə etdiyi “Setra” markalı, 90-KH-646 dövlət qeydiyyat nişanlı avtobus onunla eyni istiqamətdə hərəkətdə olan Tərtər rayon sakini 1979-cu il təvəllüdlü Nəbiyev İsmayıl Rafiq oğlunun idarə etdiyi “Ford Tranzit” markalı, 10-SM-415 dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa hissəsi ilə toqquşub.

Qəza nəticəsində “Ford Tranzit” markalı mikroavtobusun sərnişinləri Tərtər rayon sakinləri - 1980-ci il təvəllüdlü Zamanov Niyaməddin Tofiq oğlu və 1972-ci il təvəllüdlü Ağamalıyev Elman Süleyman oğlu hadisə yerində ölüb. Sürücü və digər sərnişinlər Tərtər rayon sakinləri - 1974-cü il təvəllüdlü Ağamalıyeva Nəsibə Mayıl qızı, 2005-ci il təvəllüdlü Ağamalızadə Nisə Elman qızı, 2008-ci il təvəllüdlü Zamanov İmaməddin Niyaməddin oğlu, 1984-cü il təvəllüdlü Həsənova Kəmalə Mayıl qızı və 45 yaşlı Abbasova Lətifə Mayıl qızı xəsarət alaraq Şirvan mərkəzi rayon xəstəxanasına, 1988-ci il təvəllüdlü Abbasov Elyaz Mehman oğlu, 1992-ci il təvəllüdlü Əlizadə Aygün Fazil qızı, 1974-cü il təvəllüdlü Məmmədova Dilşad Əmirxan qızı xəsarət alaraq Hacıqabul Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 762

Oxşar yazılar