Astarada 100-dən çox yaşayış evi sel suları altında qalıb
Sentyabrın 5-dən 6-a keçən gecədən başlayaraq yağan güclü yağışlar nəticəsində Astara rayonunun Təngərüd kəndində 100-dən çox fərdi yaşayış evi sel suları altında qalıb. Yerli sakinlərin APA-nın cənub bürosuna verdikləri məlumata görə, onlara məxsus ev heyvanları tələf olub, ərzaq və yeyinti məhsulları korlanıb. Kənddəki uşaq bağçasını da su basdığından bağça fəaliyyətini dayandırıb.
Kənd orta məktəbinin isə daş hasarı uçub.
Sel suları Ələt-Astara magistralının 290-300 kilometrlik ərazisini - Təngərüd kəndi ərazisindən keçən hissəsini basdığından minik avtomobillərinin hərəkətində məhdudiyyətlər yaranıb. Yağışlar kəndin əkin sahələrinə də ziyan vurub.

453