“Google”dən Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik - FOTO
26 avqust 2011 17:03 (UTC +04:00)

“Google”dən Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik - FOTO

0
“Google” internet axtarış şəbəkəsinin məlumatlarında və “Google Maps” xəritəsində Azərbaycanla bağlı düzgün olmayan məlumatların yerləşdirilməsi AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin işinə də müəyyən çətinliklər yaradıb.

Lent.az-ın AMEA-nın RSXM-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, AMEA RSXM internet saytı olan www.seismology.az da “Google Maps”ın xəritəsindən istifadə edir: “Bu xəritə seysmoloji məlumatların yerləşdirilməsi üçün bütün dünya ölkələri tərəfindən istifadə olunur. Lakin artıq bir neçə aydır ki, “Google Maps” xəritəsində Azərbaycan respublikasının ərazi bütövlüyünə qarşı hörmətsizlik edilir. Belə ki, xəritədə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərinin adı dəyişdirilərək Stepanakert, Ağdərə rayonu əvəzinə Mardakert, Xocavənd əvəzinə Martunu kimi göstərilib”.

Eyni zamanda mətbuat xidmətinin məlumatında AMEA RSXM rəhbərliyinin bununla bağlı Azərbaycan XİN rəhbərliyinə müraciəti etdiyi də bildirilib: “Akademiya “Google” şirkətinə etiraz məktubları göndərilib. Amma şirkət bu müraciətlərdən sonra da Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətsizliyini davam etdirir”.

Sonda akademiyanın istifadə etdiyi “Google Maps” xəritəsində işğal altında olan Azərbaycan əraziləri erməni dilində və Azərbaycana aid olmayan hissə kimi göstərilməsinə etiraz bildirilib: “Xəritədə düzəliş etmək imkanımız olmadığına görə, bu, başqa ölkələrdə saytımızdan istifadə zamanı bizə xeyli problemlər yaranır. Məsələnin ciddiliyini nəzərə alaraq media nümayəndələrini də bu istiqamətdə fəaliyyətlərini aktivləşdirməyə çağırırıq. Çünki ölkəmizin ərazi bütövlüyünə qarşı hörmətsizliyin edilməsi həm də bizə qarşı olan münasibətdir”.

Nailə R.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 963

Oxşar yazılar