Saatlıda yüksək vəzifəli şəxslər adından yararlanan dələduz saxlanılıb
25 avqust 2011 14:37 (UTC +04:00)

Saatlıda yüksək vəzifəli şəxslər adından yararlanan dələduz saxlanılıb

0
Vesti.az-ın Saatlı rayon Polis Şöbəsinin müstəntiqi Qərib İsmayılova istinadən verdiyi məlumata görə, ilkin təhqiqat zamanı 2010-cu il iyulun 20-də Əziz Əzizovun qonşusu Xalidə Cəfərovanı özəl klinikada tibb bacısı kimi işə düzəltmək üçün ondan 1520 manat pul aldığı müəyyənləşib.

Sonra o, analoji üsulla Elmar Babaşov üçün bankdan 1000 manat pul götürməyi vəd edib. Əvəzində Əzizov Babaşovdan xidmət haqqı kimi 600 manat alıb. Fırıldaqçı Şirvan şəhər sakini Çingiz Abbasova ağır xəstəlikli qızlar üçün dövlət hesabına müalicə təşkil etməyi söz verərək, 1100 manatını alıb. Bundan əlavə, Əzizov 2010-cu ilin əvvəlində Bakı sakini Zemfira İbrahimovadan 13 min manat alıb. Əvəzində onun yeznəsini mühafizə xidmətinə işə düzəldəcəyini vəd edib.

Oxucuların Lent.az-a verdikləri məlumata görə, Əziz Əzizov Rusiyanın paytaxtı Moskva şəhərində də həmyerlilərimizi aldatmaqla məşğul olub. Ə.Əzizovun Rusiyanın digər şəhərlərində də fırıldaqçılıqla məşğul olduğu istisna edilmir.

Sadalananların aqibəti aldadılmaqdan ibarət olanların tam siyahısı olmadığı istisna deyil. Ona görə də bütün zərərçəkənlərdən yerli polis orqanlarına və ya (0168) 5-21-78; 050-515-79-88 nömrəli telefonla Saatlı rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 752

Oxşar yazılar