“Neftçilər” prospektində ağır qəza: 6 yaralı
24 avqust 2011 14:40 (UTC +04:00)

“Neftçilər” prospektində ağır qəza: 6 yaralı

0
39-cu Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, prospektdə əks istiqamətlərdə hərəkət edən “Opel Vectra” və “VAZ 2107” markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib və maşınlarda olan 6 nəfər ağır xəsarət alıb.

Faktla əlaqədar araşdırma başlanılıb. Hadisənin avtomobillərdən birinin qoşa xəttin tələbinə riayət etməməsi səbəbindən baş verdiyi bildirilir.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 502

Oxşar yazılar