Sabunçuda iki dəhşətli qəza: 3 ölü
24 avqust 2011 10:09 (UTC +04:00)

Sabunçuda iki dəhşətli qəza: 3 ölü

0
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, metronun “Əzizbəyov” stansiyasının yaxınlığında, körpünün altında “Mercedes E280” markalı avtomobil maneəyə çırpılıb. Nəticədə avtomobilin sürücüsü 1982-ci il təvəllüdlü Mustafayev Emin Fərman oğlu hadisə yerində ölüb. Maşında olan sərnişin 1983-cü ildə anadan olmuş Təhməzova Vüsalə Millət qızı isə xəstəxanada dünyasını dəyişib.

Digər bir ağır qəza Sabunçu rayonunun Kürdəxanı kəndi ərazisində qeydə alınıb. 10 VG 369 nömrə nişanlı “Hyundai Sonata” kənd sakini 2003-cü il təvəllüdlü Kərimov Fati Kamran oğlunu vurub. Ağır bədən xəsarətləri almış 8 yaşlı oğlan hadisə yerində ölüb.

Hər iki faktla əlaqədar cinayət işi başlanılıb.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1249

Oxşar yazılar