Şabranda qəza: “Qazel” və “Hyundai” yandı
0
0
Avqustun 23-də Şabran rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Qəza Gəndob-Yalama yolunun 5-ci km-də, Şabranın Ağalıq kəndi ərazisində qeydə alınıb. 1971-ci il təvəllüdlü Ramin Ağacanov idarə etdiyi 27 BH 557 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomaşınla eyni istiqamətdə hərəkətdə olan 64 BA 715 dövlət qeydiyyat nişanlı “Qazel” markalı yük maşınını arxadan vurub. Zərbə “Qazel”-in yanacaq çəninə dəydiyindən “Qazel”-də güclü yanğın başlayıb. Sonra yanğın “Hyundai”a da keçib.
“Qazel”in sürücüsü, 1963-cü il təvəllüdlü Nazim Əliyev yanıq xəsarətləri ilə Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan Lent.az-a verilən məlumata görə, N.Əliyev hər iki aşağı ətrafı yanıb, vəziyyəti normaldır.
“Hyundai”ın sürücüsü də yüngül bədən xəsarətləri alıb.
Hər iki maşına ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Vəli Turan