Müsavat və AXCP funksionerlərinin məhkəməsində vəsatətlər təmin edilmədi
23 avqust 2011 15:19 (UTC +04:00)

Müsavat və AXCP funksionerlərinin məhkəməsində vəsatətlər təmin edilmədi

0
Avqustun 23-də Səbayel rayon Məhkəməsində İctimai Palatanın aprelin 2-də keçirilən aksiyasında həbs edilən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin işi ilə bağlı hazırlıq iclası üzrə növbəti proses keçirilib.

Bu barədə Lent.az-a vəkil Anar Qasımlı məlumat verib. O bildirib ki, prosesdə müdafiə tərəfinin cinayət işinə xitam verilməsi və təqsirləndirilən şəxslər haqqında seçilmiş həbs-qətimkan tədbirinin başqa tədbirlə əvəzlənməsi ilə bağlı qaldırdığı vəsatətlərin heç biri təmin edilməyib.

Növbəti proses sentyabrın ayının 1-ə təyin edilib.

Xatırladaq ki, adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 504

Oxşar yazılar