5 nəfər bədbəxt hadisənin qurbanı oldu
23 avqust 2011 13:03 (UTC +04:00)

5 nəfər bədbəxt hadisənin qurbanı oldu

0
Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Zərdab rayonunun Ağabağı kənd sakini Abdulməcid Babayev kəndin ərazisindən keçən su kanalına düşərək boğulub. Biləsuvar rayonu ərazisində yaşayan Cəbrayıl rayon sakini Məmləkət Allahverdiyeva isə həyətində təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində, Bakı şəhər sakini Arzu Əliyevə məxsus "Çayka" firmasında tikinti işləri aparılarkən divarın uçması nəticəsində orada təmir işləri aparan Sumqayıt şəhər sakini Ceyhun Şərbətov dağıntının altında qalıb. O hadisə yerində dünyasını dəyişib. Xəzər rayonunun Buzovna qəsəbəsinin dəniz çimərliyində, Bakı şəhər sakini Emin Soltanov çimərkən batıb.

Daha bir bədbəxt hadisə Azərbaycan Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində baş verib. Qaraheybət qəsəbəsində yerləşən təlim-tədris mərkəzində Anar Zəkəliyev elektrik cərəyanının vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 671

Oxşar yazılar