Rusiyada ruslar, çeçenlər, azərbaycanlılar və ermənilər arasında dava
22 avqust 2011 13:56 (UTC +04:00)

Rusiyada ruslar, çeçenlər, azərbaycanlılar və ermənilər arasında dava

0
Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, saat 1:20 dəqiqələrində Kirov prospektində bir binanın həyətində onlarla gəncin iştirak etdiyi dava-dalaş başlayıb.

Onlar bir-birlərinə daş-kəsək də atıblar. Bina sakinləri olayla bağlı hüquq-mühafizə orqanlarına xəbər veriblər. Dava-dalaşın 17 iştirakçısı saxlanılaraq polis idarəsinə gətirilib. Saxlananların hamısı Kirov şəhər sakinləri olub. Onların arasında ruslar, çeçenlər, azərbaycanlılar və ermənilər var.

Saxlanılanlar dava-dalaşın təsadüfi mübahisə səbəbindən yarandığını və milli zəmində olmadığını bildiriblər. Araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 609

Oxşar yazılar