Sumqayıtda keçmiş məhkum qətl törətdi, Şirvanda isə keçmiş məhkum öldürüldü
0
0
Avqustun 19-da saat 23.15 radələrində Sumqayıt şəhəri ərazisində, şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Əliyev münaqişə zəminində həmyerlisi Murad Qurbanovu bıçaqla qətlə yetirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hüseyn Əliyev tutulub.
Avqustun 19-da saat 07.00 radələrində isə Şirvan şəhəri ərazisində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Məmmədovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Şirvan Şirvan Şəhər Polis Şöbəsi tərəfindən aparılır.