Lent.az yazdı, IWPR yaydı, BBC axtarır...
Bir qədər əvvəl Lent.az-da yayılmış “Ölmüş” partizanla evlənib İmişliyə gələn fransız gözəlinin həyat dramı” yazısı (Yazını buradan oxuyun) beynəlxalq mətbuatda geniş rezonans doğurub. Artıq bir neçə nüfuzlu Avropa mətbu orqanı sovet partizanı Şəmməd Şirməmmədovla evlənərək Azərbaycana gələn və ömrünün 64 ilini burda yaşayan fransız xanım İoanna Botto Jakın həyat dramını öz səhifələrində işıqlandırıblar. Bu sırada www.topix.com, www.tv5.org, www.silobreaker.com, www.globalpeace.net və digər resurslar yer alır.
Xanım Botto haqda yazı Britaniya Müharibə və Sülh İcmalları İnstitutunun rəsmi saytı iwpr.net-də dərc olunandan sonra xanım Bottonun taleyi ilə maraqlananlar sırasına dünyaca nüfuzlu BBC televiziyası da qoşulub. Əməkdaşımızla əlaqə saxlayan adıçəkilən kanalın, eyni zamanda İngiltərənin məşhur Channel 4 telekanalının müxbiri Nik Stüard xanım Bottonun həyatından veriliş hazırlayacağını deyib.
Nik Sütard artıq Fransanın Lion şəhərində yerləşən, 2-ci dünya müharibəsi zamanı bu ölkədə faşistlərə qarşı fəaliyyət göstərmiş Müqavimət Hərəkatının Muzeyi ilə əlaqə saxladığını bildirdi. Onun dediyinə görə, artıq muzeyə sorğu da göndərib və yaxın saatlarda sorğunun cavabını gözləyir. Nik onu da bildirib ki, vaxtilə yaralı partizanları müalicə etmiş bir fransız professorla da əlaqə yarada bilib. «Hazırda həmin professor bu istiqamətdə öz arxivini araşdırmaqla məşğuldur. Bundan başqa, Fransa Xarici İşlər Nazirliyinin arxivinə də müraciət etmişəm. Xanım İoanna Bottonun qardaşı Pol Fransanın Hindistandakı diplomatik nümayəndəliyində çalışdığından onun varislərindən də kimlərin sağ qaldığını aydınlaşdırmaq istəyirəm».
Nik Stüardın dediyinə görə, o, bir sıra xeyriyyə fondlarına da müraciət etmək niyyətindədir. Məqsəd xanım Bottonun Fransaya gəlməsinə maddi dəstək verilməsinə nail olmaqdır.
Bu arada Fransanını nüfuzlu dərgilərindən olan «Le Journal du Dimanche»nin müxbiri Pyer Lorant Mazar xanım Bottoyla bağlı reportaj hazırlamaq üçün Azərbaycana gəlir. O, İmişlinin Murğuzallı kəndində olacaq, İoanna Bottoyla görüşəcək və sonradan adı gedən jurnalda böyük yazı ilə çıxış etmək niyyətindədir.
Avropa Azərbaycanlıları Cəmiyyətinin («The European Azerbaijan Society») mətbuat katibi Neil Vatson Lent.az-ın əməkdaşı və Britaniya Müharibə və Sülh İcmalları İnstitutunun Bakı ofisi ilə əlaqə saxlayaraq bildirib ki, xanım İoana Botto və ailəsi ilə telefonla danışıblar və yaxın günlərdə onun Fransaya getmək arzusunu gerçəkləşdirmək istiqamətində işə başlayıblar.
Səbuhi Məmmədli

541