Hakim İctimai Palata üzvlərinin vəsatətini təmin etdi
18 avqust 2011 18:22 (UTC +04:00)

Hakim İctimai Palata üzvlərinin vəsatətini təmin etdi

0
Bu barədə Lent.az-a vəkil Yalçın İmanov məlumat verib. Vəkil bildirib ki, prosesdə əsasən zərərçəkmiş qismində çıxış edən şəxslərin sərbəst ifadələri dinlənilib.

Prosesdə zərərçəkmiş qismində Daxili İşlər Nazirliyinin Avtomobil Təsərrüfatı İdarəsinin, Nəqliyyat Nazirliyinin, “Transgeyt” şirkətinin nümayəndələri və bir nəfər fiziki şəxsin ifadələri dinlənilib. Vəkilin sözlərinə görə, onlara dəyən ümumi ziyanın məbləğinin 6 min manatdan çox olduğu iddia edilir.

Vəkil bildirib ki, prosesdə zərərçəkmiş şəxs qismində ifadə verən “Transgeyt” şirkətinin və bir nəfər fiziki şəxsin nümayəndələri vəkillərin suallarını cavablandıra bilməyib. Buna görə də, zərərçəkmiş şəxslərin özlərinin məhkəməyə gətirilməsi barədə vəsatət qaldırılıb. Hakim bu vəsatəti təmin edib.

Eyni zamanda, prosesdə Əhəd Məmmədlinin azadlığa buraxılması, hakimə etirazla və həbs-qətimkan tədbirlərinin ləğv edilməsi ilə bağlı da vəsatətlər qaldırılıb. Məhkəmə bu vəsatətlərin heç birini təmin etməyib.

Növbəti proses avqustun 22-si saat 11:00-a təyin edilib.

Qeyd edək ki, İctimai palatanın 2 aprel mitinqinə görə həbs edilən şəxslər Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunur.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 577

Oxşar yazılar