Qəzaya uğrayan təyyarəmizin “qara qutu”su oxunur
18 avqust 2011 11:49 (UTC +04:00)

Qəzaya uğrayan təyyarəmizin “qara qutu”su oxunur

0
Bu barədə APA-ya “Silk Way” aviaşirkətinin direktorunun müşaviri, təyyarə qəzasının səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycan tərəfdən üzvü Adil Qasımov məlumat verib. O, qeyd edib ki, “qara qutu”nun analizi və oxunmasında qəzanın səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycandan olan üzvləri də iştirak edir. A. Qasımov analizin nəticələrinin nə vaxt açıqlanacağını bilmədiyini deyib.

Qeyd edək ki, təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin qalıqlarının ekspertizasının nəticələri isə sentyabrın birinci ongünlüyündə açıqlanacaq.

Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus “İL-76” təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.

Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.

Yük qaldırma imkanı 40 ton olan “İl-76” təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısının həlak olduğu ehtimal edilir. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 550

Oxşar yazılar