“Səmimi” “İL-76”nın qəzaları - XRONOLOGİYA
Lent.az bunu nəzərə alaraq, “İL-76”nın qısa xarakteristikası və indiyə kimi baş verən bəzi qəzaların təfərrüatını nəzərinizə çatdırır.
Sovet aviasiya sənayesinin məhsulu olan “İL-76” təyyarəsindən bu gün də dünyanın bir çox ölkəsində istifadə olunur. İlk uçuşu 25 mart 1971-də baş tutan “İL-76”nı NATO sistemində “Candid” (“Səmimi”) adlandırırlar.
Təqribən 1000 ədəd istehsal edilmiş (müxtəlif modifikasiyalarda) təyyarə özünə müsbət rəy qazandıra bilib. Əksər sovet texnikası kimi bu təyyarə də həm hərbi, həm də mülki təyinatlıdır.
Texniki göstəricilər:
İstehsalçı: İlyuşin konstruktor Bürosu
Ekipaj: 7 nəfər
Kreyser sürəti: 850 km/saat
Uçuş məsafəsi: 6700 km
Maksimal yüksəklik: 14 500 metr
Uzunluq: 46.6 m
Boş kütləsi 90 ton olan təyyarəni 4 mühərrik hərəkətə gətirir. Təyyarə modifikasiyadan asılı olaraq 60 tonadək yük və 245 silahlı əsgər daşıya bilir. Təyyarə beton örtüyü yaxşı vəziyyətdə olmayan aerodromlara da rahat enə bilir. Bu səbəbdən də, münaqişə zonalarında geniş istifadə edilir.
Qəzalar
İstənilən nəqliyyat vasitəsi kimi, “İL-76” təyyarələri də bu və ya digər şərtlərdə qəzaya uğrayıb. Qeyri rəsmi məlumata görə, qəzalar zamanı 65 təyyarə itirilib ki, bunlardan da 14-ü hərbi əməliyyatlar zamanı baş verib. Münaqişə zonalarında bu təyyarə tez-tez hücuma məruz qalıb. Ədalət naminə deyək ki, “TU-134”, “TU-154” və “Boeing 747”dən fərqli olaraq bu təyyarə “uçan məzar” statusu qazanmayıb.
Lent.az sizə “İL-76”nın əsas qəzaları barədə məlumat təqdim edir. Yazıda rus mənbələrinə istinad edilib.
Təyyarənin ilk qəzası 23 noyabr 1979-cu ildə Rusiyanın Voronej şəhərində baş verib. Gecə təlim uçuşu zamanı sağ qanadın hidravlik sistemi sıradan çıxıb və 7 nəfərlik ekipaj heyəti həlak olub.
25 dekabr 1979. Kabul aeroportuna enən sovet təyyarəsi dağa çırpılıb və göyərtədəki 44 nəfər həlak olub.
23 sentyabr 1980. İran – İraq müharibəsi zamanı İraq HHQ səhvən öz təyyarəsini vurub. Qurbanlar haqqında məlumat yoxdur.
3 iyul 1982. Kemerovo aeroportuna kobud eniş edən təyyarə ciddi zədə alıb. Qurbanlar haqqında məlumat yoxdur.
80-ci illərin ortaları. Uçuş zolağına dartılan təyyarə aeroport binasına toxunaraq zədələnib. Təyyarə 1997-ci ildə doğranaraq metal kimi istifadə edilib.
15 aprel 1986-cı il isə “İL-76” təyyarələrinin ən qara günü hesab edilə bilər. Amerikanın Tripoli aeroportuna aviazərbəsi nəticəsində 3 təyyarə məhv edilib. Dördüncü təyyarə isə bir müddət sonra təmir edilib. Hadisə zamanı heç kim xəsarət almayıb.
02 aprel 1984. Krımda gecə təlimi zamanı SSRİ-yə məxsus 2 “İL-76” havada toqquşub. Hər iki təyyarənin ekipajı həlak olub (16 nəfər).
07 avqust 1987. Livana məxsus təyyarədə naviqasiya cihazları işləmədiyi üçün kobud eniş edərək xəsarət alıb. Qurbanlar haqqında məlumat yoxdur.
1988-ci ilin yayında Anqolanın Luena şəhərində SSRİ-yə məxsus təyyarə raketlə vurulub. Qurbanlar haqqında məlumat yoxdur.
12 dekabr 1988. Zəlzələdən zərərçəkmiş ermənilərə yardım göstərmək məqsədilə Azərbaycandan göndərilmiş “İL-76” təyyarəsi Ermənistanın Spitak rayonu yaxınlığında “Stinger” raketi ilə vurulub. Nəticədə təyyarədə olan 78 azərbaycanlıdan cəmi 1 nəfər sağ qalıb. Həmin gün erməni terrorçuları Türkiyəyə məxsus olduğunu düşünərək Yuqoslaviyanın humanitar yük gətirən “An-12” təyyarəsini də vurub.
19 dekabr 1988. SSRİ-yə məxsus təyyarə Yeni Torpaq adasına enərkən ön şassi qırılıb, göyərtədəki 10 nəfərdən heç biri xəsarət almayıb.
10 avqust 1989. SSRİ-yə məxsus təyyarə ildırım vurması nəticəsində Novqorodda sıradan çıxıb, 7 nəfər uçuş heyəti həlak olub.
18 oktyabr 1989. Bakı-Bolqrad (Ukrayna, Odessa vilayəti) reysi ilə uçan hərbi “İL-76” təyyarəsi Nasosnı aerodromundan qalxdıqdan sonra mühərrikdə yanğın baş verib və təyyarə aerodromdan 11 km aralıda dənizə düşüb. Qəzada 48 sərnişin və 9 ekipaj üzvü həlak olub. Təyyarədəki desantlar Qarabağda döyüş tapşırığını yerinə yetirib dislokasiya yerinə qayıdırdı (Bolqrad şəhərində ölənlərin xatirəsinə abidə ucaldılıb).
20 oktyabr 1989. Yüksəklikölçən alətlər düz işləmədiyi üçün SSRİ-yə məxsus təyyarə Ermənistanın Leninakan şəhərinə enərkən yerə çırpılıb və 18 nəfər həlak olub.
1 fevral 1990. SSRİ-yə məxsus təyyarə Litvanın Panejevis aeroportuna enərkən yerə çırpılıb və 9 nəfər həlak olub.
12 noyabr 1993. Qazaxıstana məxsus “İL-76” Səudiyyə Ərəbistanına məxsus “Boeing”lə Dehli səmasında toqquşub. Təyyarədəki 349 nəfərin hamısı həlak olub. “Boeing”də isə 37 nəfər həlak olub.
19 fevral 2003. İrana məxsus təyyarə normadan çox yükləndiyi üçün Kirmanda qəzaya uğrayıb, 302 nəfər həlak olub.
15 yanvar 2009. Mahaçqala aerodromunda qalxan “İL-76” ilə enən “İL-76” toqquşub və 4 nəfər həlak olub. Hər 2 təyyarə yararsız hala düşüb.
Nəhayət 6 iyul 2011. Azərbaycana məxsus təyyarə (reys 4K-AZ55) Kabula enərkən qəzaya uğrayıb və 9 nəfər ekipaj üzvü həlak olub.
Vüqar Ələsgərov

1481