Prokuror Bəxtiyar Hacıyevə iki il həbs istədi
Mayın 10-da Gəncə Şəhər Nizami rayon Məhkəməsində deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyevin növbəti məhkəmə prosesi keçirilib.
Bu barədə Lent.az-a B.Hacıyevin vəkili Elçin Namazov məlumat verib. Vəkil bildirib ki, hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə iki vəsatət qaldırıblar, lakin vəsatətlərin heç birini təmin edilməyib: “Vəsatətlərdən biri prosesin videolentə köçürülməsi, digəri isə B.Hacıyevin haqqındakı həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı idi. Hər iki vəsatət təmin olunmadığından biz müdafiə tərəfi olaraq, prosesdən imtina etdik. Sonra isə dövlət ittihamçısı çıxış etdi”.
Dövlət ittihamçısı B.Hacıyevin 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Növbəti proses mayın 11-də keçiriləcək. Vəkil onu da bildirib ki, sabahkı prosesdə Bəxtiyar Hacıyevə hökm oxunacaq.
Qeyd edək ki, Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə ittiham olunur. Martın 4-də barəsində 1 aylıq həbs qərarı verilib.
Anar

Oxşar yazılar
Bakıda QƏZA: Xəsarət alan var
19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi
18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını vurub öldürdü
18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü
18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı
18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR
18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu
18 iyul 2025 , 19:23