Azərbaycanlı iş adamı Rusiyada çayda batdı - FOTO
Aprelin 20-də axşam saatlarında Rusiyanın Tver vilayətində Zapadnaya Dvina çayında azərbaycanlı batıb. Lent.az-ın Tver İnformasiya Agentliyinə istinadən məlumatına görə, onun içərisində olduğu qayıq çayda çevrilib və soydaşımız suya düşüb. Həmin xəbərdə onun Azərbaycan vətəndaşı olduğu bildirilir.
Hadisə ilə bağlı mərhumun yaxınlarının verdiyi məlumata görə, 2 dostunun dəvəti ilə quş ovuna gedən Abdullayev Tağı Yusif oğlu çayda qayıqda ayağa durub və qayıq çevrilib. Suya düşən iki yoldaşı xilas olsalar da, onun xilas olması mümkün olmayıb. Hadisənin şahidin Alşad Miriyevin söylədiyinə görə, onun üstündə ov silahı və patrondaş olduğu üçün yəqin ki, bu ağırlıqdan üzüb sudan çıxa bilməyib. Mərhumun cəsədini axtarışı 3 gündür davam edir.
1953-cü il mayın 17-də Hacıqabul şəhərində anadan olmuş Abdullayev Tağı Yusif oğlu Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib və uzun müddət Moskvada təsərrüfat malları tipli marketlərin baş direktoru vəzifəsində çalışıb. O, hər hansı bir qastarbayter deyil və Rusiya elitası içərisində xüsusi hörməti ilə seçilən insan, tanınmış iş adamıdır. 40 ilə yaxındır Rusiya vətəndaşı olan Tağı Abdullayev buradakı Azərbaycan diasporu ilə yaxından əlaqəli olan və xeyriyyəçi kimi tanınan soydaşlarımızdandır.
Mərhumun 3 oğlu, 2 qızı var.
Tünzalə Vəliqızı, Moskva

Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33